ONN İnformasiya Agentliyi

Ərəblər birləşsə, dünyanın ən böyük gücünə çevrilər – CNBC

Ərəblər birləşsə, dünyanın ən böyük gücünə çevrilər – CNBC
18 Dekabr 2017 - 17:02

Ərəb dünyası birləşsə, dünyanın ən böyük gücünə çevrilə bilər.

ONNmedia xəbər verir ki, bu iddia ilə ABŞ-ın CNBC televiziyası çıxış edib.

“Ərəb dünyası Mərakeşdən Fars körfəzinə qədər geniş ərazini əhatə edir. Ərəb dünyası birləşsə, ABŞ və Çindən daha böyük hərbi gücə sahib olacaq. Ordusu 2,6 milyon nəfər təşkil edəcək. Dünyadakı neft istehsalının 25%-i onun payına düşəcək. Vahid ərəb dövləti həmçinin dünyanın neft ehtiyatının 65%-nə, qaz ehtiyatının isə 30%-nə sahib olacaq. Çin və Hindistandan sonra 411 milyonla dünyanın üçüncü ən çox əhalisi olan ölkəsi olmaqla bərabər, Rusiyadan sonra həm də ikinci ən böyük ərazisi olan dövlətə (13,5 milyon kvadrat kilometr) çevriləcək”, – deyə o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png