ONN İnformasiya Agentliyi

Dərman vasitələrindən zəhərlənmələrin sayında dəyişiklik

Dərman vasitələrindən zəhərlənmələrin sayında dəyişiklik
20 Fevral 2018 - 12:20

"Azərbaycanda dərman vasitələrindən 2016-ci ildə 732 nəfər, 2017-ci ildə isə 714 nəfər zəhərlənib. Bu da onu deməyə əsas verir ki, ölkədə dərman vasitələrindən zəhərlənmələrinin sayı azalıb".

ONN media APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, həkim – toksikoloq İsmayıl Əfəndiyev deyib.

Xəstələrin 17 faizini uşaqların təşkil etdiyini vurğulayan İ. Əfəndiyev qeyd edib ki, kəskin zəhərlənməyə ən çox yuxugətirici və qıcolma əleyhinə dərman preparatları səbəb olur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png