ONN İnformasiya Agentliyi

Mixail Saakaşvilinin ölkəyə girişinə qadağa qoyulub

Mixail Saakaşvilinin ölkəyə girişinə qadağa qoyulub
22 Fevral 2018 - 14:08

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin 2021-ci il fevralın 3-nə qədər ölkəyə girişinə qadağa qoyub.

ONN medianın verdiyi xəbərə görə, bu barədə siyasətçinin vəkili Ruslan Çernolutskiy bildirib.

Onun sözlərinə görə, bu qərar qanunsuz olduğundan şikayət veriləcək.

Xatırladaq ki, M. Saakaşvili fevralın 12-də çarter reysi ilə Ukaynadan Polşaya göndərilmişdi. Daha sonra o, həyat yoldaşı Sandra Rulofs hollandiyalı olduğu üçün bu ölkəyə müvəqqəti viza alaraq Hollandiyaya gedib. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png