ONN İnformasiya Agentliyi

Minsk qrupu həmsədrləri tənqid olundu

Minsk qrupu həmsədrləri tənqid olundu
22 Fevral 2018 - 15:39

ATƏT PA-nın istefa verən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib.

ONN media-nın APA-ya istinadən verdiyi məlumatına görə, bu gün ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən K. Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏTPA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim.

Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı.

Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png