ONN İnformasiya Agentliyi

Bu təyyarələrin istismarı dayandırıldı

Bu təyyarələrin istismarı dayandırıldı
20 Mart 2018 - 21:48

ONN media xəbər verir ki, Rusiyada "An-148" təyyarələrinin istismarı dayandırılıb.

Bunu bu gün Rusiyanın Nəqliyyat Sahəsində Federal Nəzarət Xidmətinin rəhbəri Viktor Basarqin bildirib.

Eyni zamanda yoxlamalar başa çatana qədər "Saratov aviayolları" şirkətinə məxsus bütün təyyarələrinin uçuşları dayandırılıb.

Qeyd edək ki, bu il fevralın 11-də yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan "Saratov aviayolları" şirkətinə məxsus "An-148" tipli təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Qəza nəticəsində 65 sərnişin və 6 heyət üzvü həyatını itirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png