ONN İnformasiya Agentliyi

Yunanıstan və Türkiyə arasında bir ilk yaşandı

Yunanıstan və Türkiyə arasında bir ilk yaşandı
06 Aprel 2018 - 16:50

Türkiyə martın sonlarından öz istehsalı olan dronları Egey və Aralıq dənizləri üzərində kəşfiyyata göndərməyə başlayıb

Yunanıstanın hərbi-hava qüvvələri ilk dəfə olaraq Egey dənizi üzərində Türkiyəyə məxsus pilotsuz uçan aparatı ələ keçirblər.

Bu barədə ONN media Rusiya mətbuatına istinadən məlumat verir.

Məlumata əsasən, Anka şirkətinin istehsal etdiyi aparat Rodos və Kastelorizo adaları arasında uçuş həyata keçirərək Yunanıstanın hava məkanına daxil olub.

Bunun ardınca Yunanıstana məxsus iki F-16 qırıcısı Kasteli aviabazasından havaya qalxaraq dronu ələ keçiriblər.

Türkiyə martın sonlarından öz istehsalı olan dronları Egey və Aralıq dənizləri üzərində kəşfiyyata göndərməyə başlayıb.

Anka aparatları kəşfiyyat apara bilirlər. Onlar öncə ordu üçün hazırlansalar da, artıq donanma üçün də istifadə olunurlar.


 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png