ONN İnformasiya Agentliyi

Bu ölkə Qüdsdə səfirlik açır

Bu ölkə Qüdsdə səfirlik açır
16 May 2018 - 16:25

Mayın 16-da – ABŞ öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdükdən iki gün sonra bu şəhərdə Qvatemala səfirliyinin açılış mərasimi baş tutub.

ONN media “İnterfax”a istinadla xəbər verir ki, Qüdsün qərb hissəsində yerləşən yeni səfirliyin açılış mərasimində İsrailin baş naziri Binyamin Netanyahu və Qvatemala prezidenti Cimmi Morales iştirak ediblər. 

Mərasim zamanı Netanyahu Qvatemalanın 70 il bundan öncə ABŞ-dan sonra İsraili müstəqil dövlət kimi tanıyan ikinci ölkə olduğunu qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png