ONN İnformasiya Agentliyi

ABŞ Gürcüstanda hərbi təlim mərkəzi açır

ABŞ Gürcüstanda hərbi təlim mərkəzi açır
16 May 2018 - 23:42

Mayın 18-də Vaziyanidə Gürcüstan silahlı qüvvələrinin hərbi təlim mərkəzi açılacaq.

ONN media TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib.

Tbilisidə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı konfransda çıxış edən İzoriya, ABŞ-ın 2018-2020-ci illərdə sözügedən bazada gürcü əsgər və zabit heyətinin hərbi hazırlıq səviyyəsinin artırılması ilə məşğul olacağını diqqətə çatdırıb.

Söhbət Gürcüstan ordusunun doqquz taborundan gedir.

Xatırladaq ki, Gürcüstan hökuməti fevral ayında belə təlim mərkəzinin yaradılmasını nəzərdə tutan dövlət layihəsi haqqında yerli ictimaiyyəti məlumatlandırmışdı.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png