ONN İnformasiya Agentliyi

Mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

Mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək
24 May 2018 - 22:20

Gürcüstan vətəndaşları mobil telefonlarının SİM-kartlarına şəxsi identifikasiya məlumatlarını yükləyərək bundan istifadə etmək imkanı qazanacaqlar.

ONN media xəbər verir ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi proqram təminatı sistemi və ona texniki dəstək xidmətlərinin satın almaq üçün elektron tender elan edib. Layihənin dəyəri 5,8 milyon laridir. 

Layihə həyata keçirildikdən sonra SİM-kart ID kartların funksiyalarına malik olacaq və oraya vətəndaşın bütün identifikasiya məlumatları yüklənəcək. Vətəndaş öz istəyi ilə elektron imza funksiyasını da aktivləşdirə bilər. Bundan sonra vətəndaşların şəxsiyyət vəsiqəsi gəzdirməsinə ehtiyac qalmayacaq.  

Tenderə təkliflər iyunun 25-nə qədər qəbul  olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png