ONN İnformasiya Agentliyi

100-dən çox şagirdin imtahan nəticəsi dəyişdirildi

100-dən çox şagirdin imtahan nəticəsi dəyişdirildi
25 May 2018 - 21:05

ONN media xəbər verir ki, ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, Apelyasiya Komissiyasına 208 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,18%-i) 1109 tapşırıq (bütün tapşırıqların 0,05%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib. Digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png