ONN İnformasiya Agentliyi

Bugün TOEFL və SAT imtahanları keçirilib

Bugün TOEFL və SAT imtahanları keçirilib
02 İyun 2018 - 14:05

Dövlət İmtahan Mərkəzində (DİM) bu gün növbəti TOEFL və SAT imtahanları keçirilib.

ONN media xəbər verir ki, imtahanlar Mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub.

TOEFL imtahanında 11 nəfər, SAT (Subject) imtahanında isə 38 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL imtahanı iyulda, SAT imtahanının isə oktyabrın 6-da keçirilməsi nəzərdə tutulur. 

İmtahanlara qeydiyyatdan keçmək qaydaları haqqında müvafiq linklərdən ətraflı məlumat əldə etmək mümkündür: 

http://www.dim.gov.az/activities/exams/toefl/

http://dim.gov.az/activities/exams/sat/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png