ONN İnformasiya Agentliyi

Bu küçə yenidən qurulur

Bu küçə yenidən qurulur
10 İyul 2018 - 5:36

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Agentlikdən ONN media -ya verilən məlumata görə, məhz sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Dövlət Agentliyi paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işlərini aparır.

Bu cür yollardan biri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsidir ki, burda yenidənqurma işlər yaxın günlərdə tam olaraq yekunlaşdırılacaq.

Küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Uzunluğu 1.6 km, eni əvvəllər 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə aparılan yenidənqurma işlərinin sonuncu mərhələsidir. Ümumilikdə layihə boyu aparılan işlər çərçivəsində küçənin eni ərazilərdən asılı olaraq 14-20 metrə qədər genişləndirilib. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülüb, zəruri olan yerlərdə yararsız qrunt çıxarılıb, əvəzinə yararlı material tökülüb kipləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png