ONN İnformasiya Agentliyi

İranın neft anbarında partlayış – Ölənlər var

İranın neft anbarında partlayış – Ölənlər var
20 İyul 2018 - 22:10

İranın qərbində yerləşən neft anbarında meydana gələn partlayış nəticəsində iki nəfər həlak olub, daha iki nəfər itkin düşmüş hesab edilir.

ONN media “Fars” agentliyinə istinadla xəbər verir ki, partlayışdan sonra Xomeyn şəhərinin elektrik stansiyası yaxınlığında güclü yanğın baş verib.

Hadisə yerinə Ərak şəhərindən cəlb olunan yanğınsöndürənlər briqadasının rəhbəri bildirib ki, yanğının ciddi fəsadlara yol açacağı istisna olunmur. Bu səbəbdən də əhaliyə hadisə zonasına yaxınlaşmamaq tövsiyə edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png