ONN İnformasiya Agentliyi

İranda ardıcıl iki zəlzələ olub

İranda ardıcıl iki zəlzələ olub
23 İyul 2018 - 23:15

İranda ardıcıl iki zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, yerli vaxtla saat 20:09-da paytaxt Tehrandan 190 km şərqdə 3,5 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 20:30-da 3,5 maqnitudalı təkanlar ölkənin qərb bölgəsində, Kermanşah şəhərindən 80 km şimal qərbdə qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən gün İranın Kermanşah əyalətində 5,9 maqnitudalı zəlzələ nəticəsində 300-dək insan xəsarət alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png