ONN İnformasiya Agentliyi

Azərbaycan “Junior Eurovision 2018” mahnı müsabiqəsində təmsil olunacaq

Azərbaycan “Junior Eurovision 2018” mahnı müsabiqəsində təmsil olunacaq
21 Avqust 2018 - 14:56

Azərbaycan 2018-ci ildə Belarusun paytaxtı Minskdə keçiriləcək "Junior Eurovision Song Contest 2018" mahnı müsabiqəsində təmsil olunacaq.

ONN media xəbər verir ki, bu qərar 2017-ci ildə juri tərəfindən verilib.

Qeyd edək ki, müsabiqəyə qatılacaq ölkələrin siyahısı artıq rəsmi şəkildə elan olunub. Builki yarışmada əvvəlki illərdən daha çox ölkə iştirak edəcək. Onların arasında Azərbaycanla yanaşı, Albaniya, Ermənistan, Avstraliya, Belarus, Fransa, Makedoniya, Gürcüstan, İrlandiya, İsrail, İtaliya, Qazaxıstan, Malta, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Niderland, Uels və Ukrayna da var. Müsabiqəyə normal olaraq 18-dən çox ölkə qatılmır. Lakın təşkilatçılar İsrailin "Eurovision Song Contest 2018"də qalib gəlməsindən sonra belə bir qərar qəbul ediblər. 

Builki müsabiqənin loqosu yüksələn ulduz olacaq. Rəsmin müəllifi Maksim Bucasdır. Müəllif rəsmi Belarus şairi Maksim Boqdanoviçin "Zorka Venus" adlı bir şeirindən ilhamlanaraq ərsəyə gətirdiyini bildirib.

Tədbirin şüarı isə "Light up!" olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png