ONN İnformasiya Agentliyi

Bu yoldan istifadə edənlərin DİQQƏTİNƏ

Bu yoldan istifadə edənlərin DİQQƏTİNƏ
11 Sentyabr 2018 - 16:13

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan-Ələt hissəsinə lövhə montaj işləri aparılır.

ONN media-ya Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bundan başqa sözügedən yolun Şıxov qəsəbəsindən keçən hissəsində, həmçinin Bakı şəhəri, Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png