ONN İnformasiya Agentliyi

İcazəsiz balıq ovu edən şəxs saxlanılıb

İcazəsiz balıq ovu edən şəxs saxlanılıb
18 Sentyabr 2018 - 10:45

ONN media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şəmkir su anbarının sağ sahilində istifadəsi qanunvericiliklə qadağan edilmiş sintetik saplı torla balıq ovlayan şəxs saxlanılıb.

Araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon Xuluf kənd sakini Tural Rzazadə olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq təqsirkar barəsində 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png