ONN İnformasiya Agentliyi

Sərnişin daşımaları niyə gecikir? – Səbəb AÇIQLANDI

Sərnişin daşımaları niyə gecikir? – Səbəb AÇIQLANDI
27 Sentyabr 2018 - 12:38

"Oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının 1 ili tamam olur. Bu müddət ərzində 3 min vaqondan çox yük daşınıb. Bu rəqəm azdır. Bizi qane etmir".

ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

"Bizim bədxah qonşularımız ermənilər əvvəllər Rusiya mətbuatında yazdırırdılar ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımalarda Azərbaycan Rusiyanı ötüb keçəcək. Əslində, Rusiya yükdaşımada Qars yollarına daha çox maraq göstərir", -deyə Cavid Qurbanov vurğulayıb.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarının gecikməsinin səbəbini də açıqlayıb.

Bildirib ki, Azərbaycan və Türkiyənin dəmiryolu relsləri fərqli ölçüdədir: "BTQ üçün sifariş verdiyimiz vaqonlar bu vəziyyətə uyğun olmalı, sərhədi keçən kimi yeni ölçüyə uyğunlaşmalıdır. Bu baxımdan ləngimə var”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png