ONN İnformasiya Agentliyi

Kür çayında suyun səviyyəsi artdı

Kür çayında suyun səviyyəsi artdı
01 Oktyabr 2018 - 13:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ONN media-ya verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-110, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən verilən xəbərə görə, oktyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetr olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 170 kubmetr təşkil etməklə ongünlük normanın 105 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 93 kubmetr olmaqla ongünlük normanın 97 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 18 kubmetr təşkil edərək ongünlük normanın 19 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 11, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr artım, Salyanda 4, Bankədə isə suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 346 (2017-ci il oktyabrın 1-də 378 sm), Şirvanda 215 (2017-ci il oktyabrın 1-də 263 sm), Salyanda 173 (2017-ci il oktyabrın 1-də 197 sm), Bankədə 186 (2017-ci il oktyabrın 1-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 santimetrə (2017-ci il oktyabrın 1-də 98 sm) bərabərdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png