ONN İnformasiya Agentliyi

Növbəti sınaq imtahanı keçirilir

Növbəti sınaq imtahanı keçirilir
20 Oktyabr 2018 - 13:01

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

DİM-dən ONN media -ya verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə keçirilən sınaq imtahanı saat 10:00-da başlayıb.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Xatırladaq ki, sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png