ONN İnformasiya Agentliyi

Hollandiyada qırmızı papaqlıların etirazı başladı

Hollandiyada qırmızı papaqlıların etirazı başladı
15 Dekabr 2018 - 11:31

Hollandiyada başında qırmızı beret olan minlərlə insan küçələrə axışıb.

ONN media xəbər verir ki, nümayişçilər universitet büdcələri ilə təhsil stipendiyalarının azaldılması və iş şərtlərinə etiraz edirlər.

Lahey şəhərinə toplaşan tələbə və müəllimlər təhsillə bağlı məsələlərə etiraz edərək hökumətə reaksiya göstərib. Minlərlə etirazçı Koekamp meydanına toplaşıb.

Etirazçılar “Rutt, rədd ol get, iqtisadi böhranın yükünü biz çəkməyəcəyik”, “Mən müəllimlərüçün burdayam, daha yaxşısına və artığına layiqik”, “Uğursuz siyasətə görə tələbə haqq ödəyir”, “Keyfiyyətli təhsil keçmişdə qaldı”, “Hökumət, öz dostlarını soy”, “Daha az faiz, daha çox pul”, “Bu siyasəti artıq qəbul etmirik, birlik vaxtıdır” kimi şüarlar səsləndirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png