ONN İnformasiya Agentliyi

Amsterdam “Avroviziya”nı keçirməkdən boyun qaçırdı

Amsterdam “Avroviziya”nı keçirməkdən boyun qaçırdı
05 İyul 2019 - 16:47

Niderlandın paytaxtı Amsterdam 2020-ci ildə “Avroviziya” mahnı müsabiqəsini keçirməyəcək.

ONN media xəbər verir ki, bunu şəhərin meri xanım Femke Halsema deyib.

O, buna səbəb şəhərdə müsabiqənin təşkili üçün uyğun olan bütün arenaların həmin müddətdə məşğul olacağını göstərib.

Qeyd edək ki, gələn il “Avroviziya”nın Amsterdamda “Ziggo Dome” arenasında keçirilməsi planlaşdırılırdı. Niderlandın Rotterdam, Utrext, Hertoqenbos, Arnem və Maastrixt şəhərləri də müsabiqəyə ev sahibliyi uğrunda mübarizə aparırlar.

Xatırladaq ki, 2019-cu ildə İsraildə təşkil edilən “Avroviziya” müsabiqəsinin qalibi Niderland təmsilçisi Dunkan Lourens olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png