ONN İnformasiya Agentliyi

Prezidentə müraciət etdi, bank borcu silindi

Prezidentə müraciət etdi, bank borcu silindi
22 Noyabr 2019 - 16:26

Bakı sakini Səmayə Məmmədova Prezident İlham Əliyevə müraciət edərək, onun banka olan kreditinin silinməsini xahiş edib, elə səhəri gün problem həll olunub və Səmayə xanımın banka olan borcu silinib.

ONN media xəbər verir ki, bu barədə Real TV məlumat yayıb.

Bildirilir ki, ixtisasca tibb bacısı olan Səmayə Məmmədovanın 68 yaşı var. O deyib ki, Prezidentlə görüşü tam təsadüf olub.

Səmayə xanımın problemləri 2009-cu ildən sonra başlayıb. Həmin ildə xanım ağır avtomobil qəzası keçirib, daha sonra isə ayaqlarında, belində fəsadlar yaranıb. Əlləri göylərdə, ağzı dualı olan Səmayə xanım Prezidentlə görüşünün təəssüratından hələ ayılmadığını deyib.

Altı nəfər ailə üzvü olan Səmayə Məmmədovanın oğlu müharibə veteranıdır və Prezidentin igidliyə görə medalı ilə təltif edilib.

Xatrladaq ki, srağagün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib. Bu zaman Bakı sakini Səmayə Məmmədova dövlət başçısına yaxınlaşaraq, banka olan borcunun silinməsini xahiş edib.

Yaşlı qadın Prezidentə qəzaya düşdüyü üçün krediti ödəməkdə çətinlik çəkdiyini bildirib. Dövlət başçısı dərhal qadının probleminin həlli üçün müvafiq göstəriş verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png