ONN İnformasiya Agentliyi

Prokurorluqdan işə qəbulla bağlı mühüm açıqlama: Dəvət…

Prokurorluqdan işə qəbulla bağlı mühüm açıqlama: Dəvət…
22 Noyabr 2019 - 20:43

İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci – yazılı imtahan mərhələsinə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.azwww.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 30 namizəd qaydaların 7.5-сi bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin

Siyahısı Baş Prokurorluğun vebsaytında (www.prokurorluq.gov.azwww.prosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.

Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png