ONN İnformasiya Agentliyi

Bakı-Sumqayıt yolu ilə bağlı VACİB QƏRAR

Bakı-Sumqayıt yolu ilə bağlı VACİB QƏRAR
23 Noyabr 2019 - 12:02

Bakı -Sumqayıt yolunda sürücülərin səbirsizliklə gözlədiyi layihənin icrasına başlanılıb. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentiliyinin sözçüsü Anar Nəcəfli deyib ki, yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar.

Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, ərazidə olan yol polisinə məxsus ekologiya postunun da yeri dəyişdiriləcək.

Qeyd edək ki, Bakı -Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün ölkə başçısı tərəfindən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinə göstəriş verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png