ONN İnformasiya Agentliyi

Bakıda 7 maşın bir-birinə çırpıldı – ANBAAN VİDEO

Bakıda 7 maşın bir-birinə çırpıldı – ANBAAN VİDEO
17 Dekabr 2019 - 15:58

Bakıda baş vermiş zəncirvari qəza kameraya düşüb.

Hadisə Aeroport yolunda, Sabunçu körpüsünün altında baş verib. İlk olaraq manevr qaydalarını pozan VAZ 21015 markalı avtomobil VAZ 2107 markalı maşını arxadan vurur. Ardınca qəza işıqlarını yandıran “07”nin sürücüsü avtomobili dayandırır. Bu zaman arxadan gələn digər avtomobilin sürücüsü əyləci basır. Təbii ki, ara məsafəsi düzgün seçilmədiyi üçün zəncirvari qəza baş verir. Nəticədə 7 avtomobilə ziyan dəyir.

Qeyd edək ki, bu yolda tez-tez analoji hadisələr baş verir. Yüksəksürətli olduğu üçün qəfil dayanma və ya əyləci basma zamanı qəza açıqlmaz olur.

Videonu təqdim edirik:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png