Xaçmazda dəhşətli hadisə baş verib.
ONN media xəbər verir ki, raynunun Barlı kəndində 2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü “Qazel”markalı avtomobilin altında qalaraq dünyasını dəyişib.
Belə ki, uşağın atası Bəhərçin Vəliyev “Qazel”markalı maşını həyətdən çıxararkən 5 yaşlı oğlunun orada oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Xaçmaz rayon Prokurorluğunun əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.