ONN İnformasiya Agentliyi

Sevinc və Sevil bacılarının biznesi batdı

Sevinc və Sevil bacılarının biznesi batdı
07 Fevral 2019 - 22:54

Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının iki il əvvəl açdıqları ayaqqabı mağazası bağlanır.

ONN media Axşam.az-a istinadən xəbər verir ki, bu haqda əkizlər özləri xəbər yayıb. Onlar mağazada olan bütün əşyaların ucuz qiymətə satıldığını, məkanın bağlandığını bildiriblər.

Qeyd edək ki, Sevil və Sevincin ötən il açdığı gözəllik salonu da fəaliyyətini dayandırıb. Belə ki, bacıların bir nəfərlə şərik işlətdiyi məkandakı bütün özlərinə aid olan əşyaları oradan daşıdıqları və işbirliyinə son qoyduqları bildirilib.

Xatırladaq ki, Sevil və Sevinc bir neçə gün əvvəl prodüserləri Mahodan ayrılma xəbəri ilə gündəmə gəlmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png