ONN İnformasiya Agentliyi

Problemli kreditlərin həcmi nə qədərdir?

Problemli kreditlərin həcmi nə qədərdir?
27 Fevral 2019 - 21:53
Ölkədə fəaliyyət göstərən bankların ümumi kredit portfelinin təxminən 16-17 faizini problemli kreditlər təşkil edir.
ONN media xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, bəzi banklarda isə problemli kreditlər daha çoxdur:
“Ölkədə təxminən 700 min insanın 1,8 milyard manat problemli krediti var. Bütün banklarda vəziyyət təxminən eynidir. Bəzilərində çox, bəzilərində azdır. Təkcə Beynəlxalq Bankla bağlı vəziyyət bir az daha yaxşıdır. Bu da ona görə ki, hökumətin qərarları ilə son 3 ildə Beynəlxalq Banka təqribən 10 milyard manata yaxın yardım olunub. Müxtəlif borclar silinib, problemli kreditlərin həcmi dövlətin dəstəyi ilə kifayət qədər azaldılıb”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png