ONN İnformasiya Agentliyi

Neftimizin SON QİYMƏTİ

Neftimizin SON QİYMƏTİ
07 Mart 2019 - 2:36

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 5-i 67,16 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,19 dollar/barel azdır.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,71 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 64,4 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png