ONN İnformasiya Agentliyi

BMT-nin Bakı ofisi niyə bayrağı endirdi?

BMT-nin Bakı ofisi niyə bayrağı endirdi?
11 Mart 2019 - 13:36

Efiopiyadan Keniyaya uçan Efiopiya Hava Yollarına aid Boinq-737 sərnişin təyyarəsinin qəzaya uğraması səbəbi ilə BMT-nin Azərbaycan nümayəndəliyində təşkilatın bayrağı yarıya qədər endirilib.

ONN media xəbər verir ki, bu barədə məlumatı BMT-nin Azərbaycandakı ofisi yayıb.

“Efiopiya Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub. Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib. BMT Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb”, – açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün Efiopiyadan Keniyaya uçan Boinq-737 sərnişin təyyarəsi ötən gün qəzaya uğrayıb. Hadisə nəticəsində 157 nəfər həlak olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png