ONN İnformasiya Agentliyi

Azərbaycanda kredit faizləri azaldılır?

Azərbaycanda kredit faizləri azaldılır?
04 Aprel 2019 - 14:59

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmağı təklif edir.

ONN media xəbər verir ki, bunu Palatanın nümayəndəsi Aytən Məmmədova Bakıda “Fitch Ratings” agentliyinin illik konfransında deyib.

Onun sözlərinə görə, təklif hələ ki müzakirə mərhələsindədir.

A.Məmmədova həmçinin qeyd edib ki, Azərbaycanda keçirilən islahatlar iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərib.

O əlavə edib ki, ölkədə sabit makroiqtisadi mühit, balanslaşdırılmış bank sektoru mövcuddur. Bununla yanaşı, ölkədə milli valyutada əmanətlər ildən-ilə artır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png