ONN İnformasiya Agentliyi

“Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək” — Nazir

“Yanğında sahibkarlara dəyən ziyan tam ödəniləcək” — Nazir
04 Aprel 2019 - 16:20

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı zərərçəkmiş sahibkarlara ödənişlərin verilməsi üşün sənədlərin qəbuluna bu gündən başıanılır”.

ONN media xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, ödəniş “Kapital Bank” və “Azərtürk Bank ” vasitəsilə həyata keçiriləcək. Nazir qeyd edib ki, vəsait sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar maddi yardımdan xidmət haqqı tutmayacaq. 

Ş. Mustafayev əlavə edib ki, 20 sahibkar onlara təklif edilmiş ticarət mərkəzlərində yerləşdirilib: “Bu günə olan məlumata görə, 100-dən çox sahibkar kredit almaq üçün müraciət edib. Nəticədə 14-15 milyon manat kreditlə bağlı tələb ortaya çıxıb və biz bu tələbi qarşılamağa hazırıq. Sahibkarların İnkişaf Fondunda tələb olunan vəsait mövcuddur. İlkin olaraq 3 milyon manat ayrılıb. Hökumətdə yaradılan komissiya tərəfindən ziyanın məbləği tam bəlli olduqdan sonra sahibkarlara dəyən ziyan tam ödəniləcək” – deyə nazir vurğulayıb.  Ölkə

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png