ONN İnformasiya Agentliyi

“Whatsapp Business” iOS-da da istifadəyə verildi

“Whatsapp Business” iOS-da da istifadəyə verildi
05 Aprel 2019 - 21:50

“Whatsapp Business” tətbiqi iOS əməliyyat sistemi ilə işləyən smartfonlarda da istifadəyə verilib.

ONN media xəbər verir ki, tətbiq öncə Braziliya, Almaniya, İndoneziya, Hindistan, Meksika, İngiltərə və ABŞ-da aktivləşdirilib. Daha sonra isə bütün dünyada əlçatan olacaq.

Qeyd edək ki, “Whatsapp Business” tətbiqi biznes üçün fəaliyyət təsvirini, iş saatlarını və əlavə məlumatları özündə əks etdirən hesabların yaradılması imkanını verir. Bundan başqa, müştərilərin sulları üçün nəzərdə tutulmuş şablonlardan ibarət sürətli cavablar da yaratmaq mümkündür.

Xatırladaq ki, bu tətbiq 2018-ci ilin əvvəlində Android əməliyyat sistemi üçün təqdim olunmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png