ONN İnformasiya Agentliyi

Səməd Seyidovdan AŞPA-nın sessiyasında SƏRT ÇIXIŞ

Səməd Seyidovdan AŞPA-nın sessiyasında SƏRT ÇIXIŞ
08 Aprel 2019 - 20:53

2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar qəbul edib. Sözügedən iş erməni təcavüzü zamanı Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistana qarşı 2005-ci il 6 aprel tarixli iddia müraciətinə əsaslanır. Bu iş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını da təsdiqləyir. Nazirlər Komitəsi Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına riayət etməsi üçün hansı addımları atır?

ONN media xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yaz sessiyası çərçivəsində qurumun Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soininin çıxışından sonra ona bu sualla müraciət edib.

Avropa Şurası Nazirlər Komitəsinin finlandiyalı sədri Timo Soini cavab verərək bildirib ki, Nazirlər Komitəsi məhkəmə qərarlarını yaxından izləməyi qərara alıb. Bu qərara da Nazirlər Komitəsinin əsas prinsipi çərçivəsində yaxından baxılacaq.(publika)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png