ONN İnformasiya Agentliyi

Azərbaycanda boşanma ilə bağlı QORXUNC STATİSTİKA

Azərbaycanda boşanma ilə bağlı QORXUNC STATİSTİKA
17 Aprel 2019 - 20:33

Bu ilin ilk iki ayında Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanma hallarının, eyni zamanda Azərbaycana gələn və gedənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən ONN media -ya bildirilib ki, bu ilin yanvar-fevral aylarında ölkədə 10248 ölüm halı qeydə alınıb və əhalinin hər 1000nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,6-dan 6,4-ə enib.

Eyni zamanda bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8237nikah və 2718 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,1-dən 5,2-yə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 278 nəfər gələn, Azərbaycandan isə 226 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 52 nəfər təşkil edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png