ONN İnformasiya Agentliyi

Xoşqədəm Hidayətqızıdan SƏRT SÖZLƏR

Xoşqədəm Hidayətqızıdan SƏRT SÖZLƏR
25 Aprel 2019 - 19:16

“Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə onun əleyhinə aparılan kampaniyaya cavab verib.

ONN media xəbər verir ki, o, verilişin bugünkü buraxılışında 10 ildir efirdə olan telelayihəsi vasitəsilə gördüyü işlərdən, xeyriyyə aksiyalarından və vasitəçisi olduğu yardımlardan danışıb.

Dünya televiziyalarında yayımlanan eyni məzmunlu verilişlərlə analogiya aparan Xoşqədəm Hidayətqızı efirdə baş verənlərin real həyatda yaşananlardan, insan iztirabları və problemlərindən ibarət olduğunu vurğulayıb. O, həmçinin vaxtilə bu və ya digər səbəblərdən problemlər yaşayan şou-biznes nümayəndələrinə də daim dəstək olduğunu bildirib. Aparıcı layihədə yaşananları şou adlandıranları verilişində diskussiyaya dəvət edərək, “Xəzər” televiziyasının müzakirələrə hər zaman açıq olduğunu bildirib.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png