ONN İnformasiya Agentliyi

Bu qurbağalar ilə… – İNANILMAZ!

Bu qurbağalar ilə… – İNANILMAZ!
09 May 2019 - 20:29

Türkiyənin Kayseri şəhərində gecə saatlarında qaz lampaları ilə kanallardan qurbağa ovuna çıxan ovçular ov dövründə 20 ton qurbağa topladıqlarını bildiriblər.

ONN media bildirir ki, ovçular qurbağalara ən çox Fransa, İngiltərə və Hollandiya kimi ölkələrin böyük maraq göstərdiyini deyiblər.

Bu işi görən insanlar ilk növbədə bölgə idarəsinə müraciət edərək icazə sənədi alırlar. Həmçinin bu ərazilərdən 6 ayda bir nümunələr götürülərək analiz üçün istinad laboratoriyalarına göndərilir.

Toplanan qurbağaların 1 kiloqramı 17 manata Avropa ölkələrinə satılır.

47 yaşlı qurbağa ovçusu Nihat Baliç “Kiçik yaşlarımdan bu işlə məşğul oluram. Tək qazanc mənbəyim bu işdir. Bu mənim ata peşəmdir. Ailəlikcə bu işlə məşğul oluruq. Sadəcə mövsümündə ov edirik. Qadağa başladıqda ovlamağı buraxırıq. 1 həftə ərzində qadağa qoyulacaq. Biz də bu zaman içində 20 ton qurbağa toplayırıq”.

Kayserinin Yahyalı bölgəsində toplanılan qurbağalar su məhsulları emalı mərkəzlərində istehlaka hazır vəziyyətə gətirildikdən sonra başda Avropa ölkələri olmaqla ixrac edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png