ONN İnformasiya Agentliyi

Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur – Alimlərin araşdırması

Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur – Alimlərin araşdırması
28 May 2019 - 4:31

Beylor tibb kolecinin (ABŞ) alimləri Ramazan ayı zamanı tutulan orucla bağlı xüsusi araşdırma aparıblar.

Araşdırma zamanı alimlər belə nəticəyə gəliblər ki, oruc insan sağlamlığına çox müsbət təsir edir və bir çox ağır xəstəliklərin riskini azaldır.

Alimlər 30 gün ərzində 14 “oruc tutan” sağlam insana nəzarət edirdilər. Bu insanlar 15 saat ərzində qida və maye qəbul etmirdilər. İştirakçılar müəyyən fasilələrlə analiz üçün qan verirdilər.

ONN media saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri medicalxpress.com-da dərc olunub.

Alimlər sübut edir ki, oruc tutmaq piylənmə, şəkərli diabet, metabolik sindrom və qaraciyər piylənməsinin riskini xeyli azaldır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png