ONN İnformasiya Agentliyi

Konstitusiya məhkəməsi bugün yekun qərar verəcək

Konstitusiya məhkəməsi bugün yekun qərar verəcək
05 Mart 2020 - 9:20

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclası keçiriləcək.

ONN media xəbər verir ki, iclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılacaq.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 26-da Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png