ONN İnformasiya Agentliyi

UEFA Avro-2020 təxirə salınır

UEFA Avro-2020 təxirə salınır
14 Mart 2020 - 22:19

Hazırda UEFA Avro-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışır.

ONN media xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmisi Evelina Kristillin açıqlama verib.

Daha əvvəl “L Equipe” nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazıb. Rəsmi qərar martın 17-də qəbul olunacaq.

Qeyd edək ki, Avro-2020 12 iyun – 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png