ONN İnformasiya Agentliyi

Azərbaycanda 2 Qran-pri keçirilə bilər?

Azərbaycanda 2 Qran-pri keçirilə bilər?
20 Mart 2020 - 20:58
Avstriyanın “Red-Bull” komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko “Formula 1″in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.

ONN media xəbər verir ki, “Motorsport Total”-ın məlumatına görə, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib.

H.Marko bildirib ki, cümə məşqləri olmadan 2 günlük uik-end yarışları keçirmək olar.

Məsləhətçi həmçinin bəzi trasslarda 2 Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.

Qeyd edək ki, “Formula 1″də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png