ONN İnformasiya Agentliyi

Formula 1 də virtuallaşır – Qərar

Formula 1 də virtuallaşır – Qərar
21 Mart 2020 - 15:29

Formula 1 yarışlarının təşkilatçısı “Liberty Media” virtual çempionat – “F1 Esports Virtual Grand Prix”in keçiriləcəyini elan edib.

ONN media xəbər verir ki, Formula 1 pilotlarının iştirak edəcəyi çempionat təxirə salınan Qran-prilərin yerinə təşkil olunacaq. Birinci mərhələ martın 22-də – virtual Bəhreyn Qran-Prisi baş tutacaq. Təsnifat yürüşlərinin də keçiriləcəyi yarışda pilotlar 28 dövrə vuracaqlar. Çempionatda bütün bolidlər eyni göstəricilərə malik olacaqlar.

Yarış Formula 1-in rəsmi Yutub, Tvitch və Feysbuk səhifələrində canlı yayımlanacaq.

Bəhreynlə yanaşı, təxirə salınan Vyetnam, Niderland, İspaniya və Monako virtual yürüşlərinin də keçirilməsi planlaşdırılır. Hanoy və Zandfort yürüşlərinin “F1 2019” oyun bazasında trasları olmadığı üçün yarışlar digər treklərdə təşkil ediləcək.

Çempionatın iyunadək davam etməsi gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png