ONN İnformasiya Agentliyi

UFC çempionu həbs edildi

UFC çempionu həbs edildi
26 Mart 2020 - 23:22

Amerikalı UFC çempionu Con Cons içkili halda avtomobil idarə edərkən saxlanılıb.

ONN media  xəbər verir ki, bu barədə “MMA Fighting” saytı məlumat yayıb.

Məlumata görə, hadisə Albukerke şəhərində baş verib. İdmançı eyni zamanda odlu silahdan istifadə etməkdə ittiham olunur.

Polisdən bildirilib ki, əvvəlcə onlar atəş səsi eşidiblər, daha sonra Consun maşınında silah tapıblar. İdmançı özü isə bütün ittihamları rədd edib.

Qeyd edək ki, Cons indiyədək keçirdiyi 28 döyüşün 26-da qalib gəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png