ONN İnformasiya Agentliyi

BMT-dən QORXUNC XƏBƏRDARLIQ: Koronavirusdan sonra daha bir pandemiya gələcək

BMT-dən QORXUNC XƏBƏRDARLIQ: Koronavirusdan sonra daha bir pandemiya gələcək
22 Aprel 2020 - 17:19

Yeni tip koronavirusdan sonra dünyada aclıq pandemiyası yayılacaq.

ONN media  xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbərdarlıq edib.

Təşkilatın Dünya Ərzaq Proqramı ilə birlikdə hazırladığı hesabatda hazırda 55 ölkədə 135 milyon insanın aclıqla qarşı-qarşıya olduğu, gələcəkdə bu rəqəmin 265 milyona çıxa biləcəyi qeyd edilib. Qıtlığın müharibə, iqtisadi böhran və qlobal istiləşmə təhdidi altında olan 10 ölkədə daha sərt olacağı bildirilib.

2019-cu ilin siyahısına görə, Afrikada 73, Yaxın Şərq və Asiya bölgəsində 43, Latın Amerikası və Karibdə 18,5, Avropada 0,5 milyona yaxın insan qıtlıqdan əziyyət çəkir. Ərzaq böhranı yaşanan 55 ölkədə 5 yaşdan aşağı 17 milyon uşaq kifayət qədər qida qəbul edə bilmir.

Ən acınacaqlı vəziyyət Yəmən, Konqo, Əfqanıstan, Venesuela, Efiopiya, Cənubi Sudan, Suriya, Sudan, Nigeriya və Haitidədir.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png