ONN İnformasiya Agentliyi

Bu kənddə 10 ildir oğlan doğulmur — SƏBƏBİ…

Bu kənddə 10 ildir oğlan doğulmur — SƏBƏBİ…
11 May 2020 - 19:33

2010-cu ildən bəri yalnız qızların doğulduğu Polşanın Meiscye-Odjanske kəndində on ildə ilk dəfə bir oğlan uşağı dünyaya gəlib.

ONN media xəbər verir ki, 2019-cu ilin avqust ayında kəndin bələdiyyə başçısı Rajmund Frişkonun oğlan uşağının doğulması üçün mükafat vəd etdiyi zaman bütün dünyada məşhurlaşmışdı. Bu hadisədən 10 ay sonra 2020-ci il mayın 2-də kənddə oğlan uşağı doğulub. Körpənin valideynləri Meiscye-Odjanskedə yaşayan Anna və Qjeqoj  Milekdir. Cütlük körpə Bartek adını verib.

Frişko “New York Times”a verdiyi müsahibəsində uşağın valideynlərinə vəd etdiyi hədiyyənin nə olduğunu açıqlamayıb. Ancaq çoxdan gözlənilən körpənin şərəfinə küçələrin birinə onun adının verilməsi barədə düşündüyünü söyləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png