ONN İnformasiya Agentliyi

İki bacı 50 il sonra koronavirus sayəsində bir-birlərini TAPDI

İki bacı 50 il sonra koronavirus sayəsində bir-birlərini TAPDI
02 Avqust 2020 - 16:41

ABŞ-da ayrı düşmüş iki bacı 50 il sonra koronavirusa görə bir-birlərini tapıblar.

ONN media  xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd edilir ki, bacılardan biri 73 yaşlı Doris Krippen xəstəxanada 1 ay koronavirusdan müalicə olunub. O, Bundan sonra Fremontdakı bərpa mərkəzinə müraciət edib. Məlum olub ki, Doris Krippen 53 yaşlı bacısı Bev Boro bərpa mərkəzində işləyir.

“Mən buna inana bilmədim. Mən düşündüm – İlahi, hesab edirəm bu mənim bacımdır”, – Boro deyib.

Bacıların atası eyni şəxs olsa da, anaları ayrıdır. Kipper ailədə tərbiyə olunub, amma 6 aylıq Boronu övladlığa veriblər.

Agentlik qeyd edib ki, qadınların başqa qardaş-bacıları da var, indi onlar yenidən birləşə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png