ONN İnformasiya Agentliyi

Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır

Türkiyə Aralıq dənizində hərbi təlimlərə başlayır
29 Avqust 2020 - 18:58

Türkiyə Yunanıstanla münasibətlərin kəskinləşməsi fonunda 29 avqust – 11 sentyabr tarixlərində  Şərqi Aralıq dənizində yeni artilleriya təlimlərinə başlayacağını elan edib.

ONN media xəbər verir ki, bununla bağlı  Türkiyə təlimlərin keçiriləcəyi ərazilərdə “Navteks” ( ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıq) elan edib. Gəmi kapitanlarına manevrlərin ediləcəyi ərazilərdən keçməmək tövsiyə olunub.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin liderləri sentyabrda keçiriləcək zirvədə Türkiyə ilə münasibətləri müzakirə etmək niyyətindədirlər.

Almaniyanın xarici işlər naziri Hayko Maas Aralıq dənizindəki vəziyyətin həllində irəliləyiş olmadığı təqdirdə, Avropa dövlətlərinin Ankaraya qarşı sanksiyaları da müzakirə edə biləcəyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png