ONN İnformasiya Agentliyi

Ermənistan Rusiyaya birləşmək istəyir – ŞOK ÇAĞIRIŞ

Ermənistan Rusiyaya birləşmək istəyir – ŞOK ÇAĞIRIŞ
26 Dekabr 2020 - 20:05

Siyasi, iqtisadi və hərbi çöküş yaşayan Ermənistan bu böhranlardan çıxış yolunu havadarı Rusiyada axtarmağa davam edir.

ONN media  xəbər verir ki, 44 günlük müharibə ərzində bir çox yollarla Rusiyanı hərbi münaqişəyə cəlb etmək istəyən, lakin bunu bacarmayan Ermənistan indi də ölkənin düşdüyü vəziyyətdən çıxış yolunu federasiyaya birləşməkdə görür.

Ermənistanın İttifaq Partiyasının lideri Tiqran Urixanyan Rusiya ilə birlik dövləti qurmağı təklif edir.

O bildirir ki, erməni xalqının bütün problemlərini ən qısa müddətdə həll etməyin yeganə yolu budur.

Onun sözlərinə görə, Ermənistanın suverenliyi bundan əziyyət çəkməyəcək, lakin təhlükəsizlik də daxil olmaqla bir çox problem həll ediləcək: “Hazırkı böhran şəraitində Ermənistanın Rusiyadan dəstəyə ehtiyacı var və əməkdaşlıq maksimum qarşılıqlı inteqrasiya tələb edir”.

Partiya lideri, eyni zamanda, baş nazir Nikol Paşinyan və hökumətin istefasını prioritet bir məsələ hesab edir.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png