ONN İnformasiya Agentliyi

Saakaşvilinin partiyasına yeni sədr seçildi

Saakaşvilinin partiyasına yeni sədr seçildi
27 Dekabr 2020 - 22:16

Nika Meliya Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri seçilib.

ONN media  xəbər verir ki, onun sədrliyi partiyanın bu gün keçirilən qurultayında təsdiqlənib.

Tədbirə partiyanın lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də canlı videobağlantı ilə qatılıb.

Sədr seçkiləri elektron səsvermə yolu ilə keçirilib. N.Meliya prosesdə iştirak edən 20 779 nəfərin 64,9% səsini əldə edərək sədrliyə digər namizəd Levan Varşalomidzeni (35,1%) geridə qoyub.

Xatırladaq ki, VMHP-nin 2017-ci ildən sədri Qriqol Vaşadze olub. O, bu ilin dekabrın 15-də istefa verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png